Yeməkdən əvvəl su içək, yoxsa...
Bir çox dietoloqlar hazırda insanların ən çox narahatlıq yaşadığı artıq çəki ilə bağlı problemləri aradan qaldırmaq üçün su içməyi tövsiyə edirlər. Bəzi ekspertlər deyir ki, arıqlamaq istəyirsinizsə, yeməkdən əvvəl 2- 3 stəkan su içmək lazımdır. Bu, aclıq hissini azladır. Bəziləri isə yemək yeyərkən su içilərsə, həzm sisteminin yaxşı işləmədiyini deyirlər. Hətta gündə ən az 3 litr su içmək vacibdir deyənlər də var. Bu siyahını uzatmaq da olar, amma bildirək ki, su ilə bağlı o qədər ziddiyyətli fikirlər mövcuddur ki, insanlar da sözün əsl mənasında çaş-baş qalıblar. Bilmək olmur ki, suyu çox içmək lazımdır, yoxsa az...
Türkiyəli dietoloq Fevzi Özgönülün su ilə bağlı bilməyiniz vacib olan məsləhətlərini diqqətinizə çatdırırıq: "Yeməyin əvvəlində, ortasında və ya sonunda istədiyiniz qədər su içə bilərsiniz. Lakin çox susadım deyə yeməkdən əvvəl çox su içmək də yaxşı bir hal deyil. Yemək bir insan üçün nə dərəcədə əhəmiyyətlidirsə, maye qəbul etmək də onun qədər, hətta daha çox əhəmiyyətlidir. Bədənimizin yüzdə altmışı sudan ibarətdir. Bu səbəblə orqanizmimizin suya əslində olduqca çox ehtiyacı var. Bu səbəblə susayırıq və su içmək istəyirik. Susuzluğumuzu hiss etmiriksə, deməli, biz əslində başqa içkiləri çox içdiyimiz üçün bədənimizin su istəyini pərdələmiş oluruq. Bu isə xoş bir hal deyil. Əvvəlcə su yerinə keçən içkiləri azaldıb susamağa başlamalıyıq. Çünki susama hiss etdiyimiz anda hər cür problemi həll edə bilərik. Bunu etmək əslində bədən ağılını istifadə etməkdir. Bədən ağlını istifadə etdiyimizdə də digər canlıların etdiyi kimi, doğru zamanı hiss edə bilərik".
F.Özgönül su ilə bağlı 3 nüansı vurğulayır: "Susamadınızsa, 2-3 stəkan su içib süfrəyə oturmayın. O zaman yemək yeyib bədəninizi gücləndirə bilməzsiniz. Susadınızsa, su içməyə diqqət edin, yemək əsnasında içəcəyiniz meyvə suyu, mineral sular və kolalı içkilər iştahınızı bağlayıb həzminizi poza bilər. Əgər su istəyiniz varsa, su içməmək üçün heç bir səbəb görə bilmirəm".
Mənbə : Milli.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət