Slimfit
  1. MARAQLI

Yemək yeyərək sərvət qazandı

Yemək yeyərək sərvət qazandı
Sakura

Gündə 4 min kalori alır

Amanda Faye adlı qadın bu günlərdə pula pul demir... Hər keçən gün sərvətinə sərvət qatan gənc qadının bu pulu qazanma yolu isə çox maraqlıdır…

Amanda Faye 25 yaşında gənc bir qadındır. O da internet vasitəsilə pul qazanan bir çox insandan biridir. Ancaq pul qazanma yolu olduqca fərqli və təəccübləndiricidir.

İnstaqram səhifəsində 50 min izləyicisi olan 25 yaşındakı Amanda Faye internetdəki izləyicilərinin qarşısında yemək yeyərək özünün belə xəyal etmədiyi qədər böyük pullar qazandı.

Artıq çəkisi ilə insanlardan mənfi sözlər eşitdiyini deyən qadın: “Artıq bunlardan təsirlənmirəm, həyatın dadını çıxardıram. Mənə qatil balina, kök inək kimi ləqəblər verirlər. Amma mən pozitiv insanam. Heç bir zaman dəyişməyəcəm” sözlərini də əlavə edib.

Gündə təxminən 4 min kalori aldığını deyən gənc qadın onlayn istəklərə görə 10 min kalori də ala biləcəyini deyib.

İzləyiciləri Amandanı yemək yeyərkən izləmək üçün abunə olur və videolarına , şəkillərinə baxmaq üçün 10 dollar ödəyirlər. Amandanı Snapçatdan izləmək üçün isə daha çox pul ödəyirlər.


Mənbə: AzNews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR