Slimfit
  1. AZƏRBAYCAN

Yelenendorfdan Göygölə kimi

Yelenendorfdan Göygölə kimi
Sakura

Yelenendorfdan Göygölə kimi

Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə yaxınlığında yerləşən və əhalisi 18 min nəfər olan kiçik şəhərdir. Şəhərin əsasını Şvabiyadan olan alman kolonistlər 1819-cu ildə  qoyub və əvvəlki adı Yelenendorf olub.   

1938-ci ildə şəhərə Azərbaycanlı siyasətçi, fəhlə hərəkatının üzvü, əmək təşkilatçısı Xanlar Səfərəliyevin adı verilib. 2008-ci ildə Xanlara yaxınlıqdakı Göygölün adı verilib.

Şəhərin salınması ilə bağlı internetdə geniş informasiya var, ona görə də burada yenidən rəvayət etmək fikrində deyiləm.

Şəhərin əsas gəzməli-görməli yerləri – dörd “alman” mərkəzi küçəsi və Lüteran kilsəsidir. Küçələri almanlar saldığı üçün elə alman adlarını daşıyır. Həmin küçələrdə evlər qədim görünüşünü qoruyub-saxlayıb, insanlar hələ də bu evlərdə yaşayır.

Kilsə bu yaxınlarda restavrasiya olunub  və hazırda muzey qismində fəaliyyət göstərir. Muzey işçilərinin sözlərinə görə, demək olar ki, hər gün Göygölə alman turistlər gəlir. Onlar şəhər mərkəzi ilə gəzirlər, kilsəyə baş çəkirlər. Onlar yerli sakinlərin və hökumətin tarixi irsə necə həssaslıqla yanaşdığına valeh olurlar.

Müasir Göygöl səliqə-sahmanı, təmizliyi və sakinlərin qonaqpərvərliyi ilə hər kəsi heyrətləndirir. İnsanların yaşadıqları şəhərə hörmətlə yanaşdığı və az qala bu şəhərə pərəstiş etdiyi açıq-aydın gözə dəyir. Bütün mərkəzi küçələrdə zibil qutuları var, məişət tullantılarının yığılması mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Bunun çox vacib olduğunu hesab edirəm.

Göygöl yaşıllığa bürünüb. Şəhərdə asfalt yollar yüksək keyfiyyətlə salınıb. Şəhər kifayət qədər müasirdir, inkişaf etmiş infrastruktura malikdir.  Şəhərdə tanınmış brendlərdən olan supermarketlər fəaliyyət göstərir, “Bakcell” mobil rabitəsi və mobil interneti əla tutur, şirkət mağazaları isə bilavasitə şəhərin mərkəzində fəaliyyət göstərir.

Göygöl elə şəhərdir ki, ona mütləq baş çəkmək lazımdır. Eyniadlı gölün seyrinə gəlmisinizsə, əlavə bir neçə saatı şəhərə ayırın. İnanın, vaxtınız boşa getməyəcək. Şəhərin mərkəzinə baş çəkin, onun “alman” küçələrində gəzişin. Sizi əmin edirəm, həqiqətən, buna dəyər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR