Slimfit
  1. AZƏRBAYCAN

Yaz sessiyasının ilk iclasında 38 məsələ müzakirə ediləcək

Yaz sessiyasının ilk iclasında 38 məsələ müzakirə ediləcək
Sakura

Yaz sessiyasının ilk iclasında 38 məsələ müzakirə ediləcək

Parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyasının qanunvericilik işlər planı və ilk plenar iclasının gündəliyi məlum olub.

Oxu.Az xəbər verir ki, fevral ayının 1-də başlayacaq yaz sessiyası ərzində “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşdırma haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Ümumtəhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və digər qanunlara dəyişikliklər edilməsi ilə bağlı layihələr müzakirə olunacaq.

Həmçinin, Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Ümumilikdə yaz sessiyasının ilk plenar  iclasının gündəliyinə 38 məsələ daxil edilib.

Qeyd edək ki, yaz sessiyasında baş nazirin, ombudsmanın, İnsan alverinə qarşı milli koordinatorun və bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin hesabatları dinləniləcək və təsdiqlənəcək.

Yaz sessiyası may ayının sonunda başa çatacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR