Yay düşərgəsinin iştirakçısı: Təcrübəmizi bölüşmək üçün əla imkan yaranıb
Çox şadam ki, Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan həmvətənlərimizi Azərbaycanın gözəl məkanlarından olan qədim Şəkidə bir araya gətirib. İlk dəfə təşkil edilən diaspor gənclərinin yay düşərgəsinin iştirakçısı olmaq çox qürurvericidir. Mən bu təşəbbüsü ürəkdən alqışlayıram.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəkidə keçirilən Diaspor Gənclərinin I Yay düşərgəsinin Cənubi Koreyadan olan iştirakçısı Rəşad Əliyev bildirib.
2007-ci ildən Cənubi Koreyada yaşadığını, bu ölkənin Kais Universitetində biznes və texnologiyaların idarə edilməsi ixtisasında doktorantura pilləsi üzrə təhsil aldığını bildirən Rəşad Əliyev deyib: “Yay düşərgəsində bir-birimizin təcrübəsindən yararlanmaq, təcrübəmizi bölüşmək üçün əla imkan yaranıb. Çalışırıq ki, gələcəkdə işimizi əlaqəli şəkildə quraq, yaşadığımız ölkələrdə azərbaycanlı gənclərin daha yaxşı təşkilatlanması üçün ümumi strategiya müəyyənləşdirək, bir-birimizi daha yaxından tanıyaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət