Dərc edildi: Baxış sayı: 669
Yaxşı bişməmiş ət yedi, epilepsiyaya tutuldu
Çistiçerkoz – donuzlarda olan qurdun sürvələrinin insan beyni toxumasna düşməsidir. Bu diaqnoz 46 yaşlı çinli kişiyə qoyulur. O, bir neçə müddət idi epileptik tutmalardan əziyyət çəkirdi, xəstəxanaya ürəkbulanma, qıcolmalar, dəhşətli baş ağrıları ilə çatdırılır.
Medicina.az xəbər verir ki, pasiyentin beynində kalsifikatlar – ölü çistiserkalarin izlərinə rast gəlirlər. Lakin pasiyent özünə gələrək, müayinə və müalicələrə pulunun olmadığını bildirib, xəstəxananı tərk edib.
Bir neçə ay sonra o yenidən epileptik tutmaların çoxalması səbəbindən xəstəxanaya gəlir. MRT müayinəsində beynin hər iki yarımkürəsinin zədələnmiş sahələri təyin edildi, qan analizində isə donuz çistiserkalarının antitelli aşkarlanır.
Anamnez zamanı xəstə xatırladı ki, 1 il əvvəl quzu və donuz əti qızarması yeyib, amma üzərinə qırmısı sous əlavə edildiyi üçün yaxşı bişib bişməməsini ayırd edə bilməyib.
Həkimlər onun beynində 700 qurd tapıblar. Qurd yumurtaları və sürvələri yaxşı bişməmiş ətdən onun orqanizminə düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət