"Yaxın zamanda torpaqlarımızda at oynadan düşmənlərin başına sel kimi bomba yağacaq" - Deputat
Bu ailə həqiqətən də özünə nifrət qazanmaq istəyir. Ər-arvad ağıllarına nə gəlir onu etməyə və deməyə meyillənirlər.
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nnurullayev bu sözləri Ermənistanın prezidenti Paşinyanın aillə haqqında deyib. O, bildirib ki, Paşinyanın arvadı Anna Akopyan bir zamanlar sülh çağırışı edirdi, indi də 15 erməni qadınını başına yığıb döyüş təlimi keçir:
“Əri Nikolun isə nə hərəkətində, nə danışığında, nə də davranışlarında elitarlıq, məmurluq və alicənablıq yoxdur.
Həqiqətən bu ailə "xəstə"dir və bütün fəaliyyət və addımları ilə özlərini pis vəziyyətə qoyurlar.
Görün nə günə düşmüşük ki, bu cür danışıq və rəftarlarını bilməyən adamlarla danışıq aparmaq və tərəfmüqabil olmaq məcburiyyətində qalmışıq. Azərbaycan torpaqlarında süngü qaldırırlar”.
Razi Nurullayev yaxın zamanda düşmənin torpaqlarımızdan qovalacağını bildirib:
“İnanıram ki, yaxın zamanda müqəddəs torpaqlarımızda at oynadan düşmənlərin başına sel kimi bomba yağdıracağıq. Rusiya olmur, kim olur olsun, qorxmaq və çəkinmək yox. Murdar ayaqlar torpaqlarımızdan rədd olsun!”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət