Slimfit
  1. CƏMİYYƏT

Yaxın vaxtlarda təhsillə bağlı yekun qərar veriləcək

Yaxın vaxtlarda təhsillə bağlı yekun qərar veriləcək
Sakura

Yaxın vaxtlarda təhsillə bağlı yekun qərar veriləcək

Tədris müəssisələrin açılması yoluxmaların sayının artımı baxımından problem yarada bilər.

Ens.az Azvision.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin sədri Akif Qurbanov Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, qorunma tədbirlərinə əməl edilməklə bunun qarşısını ala bilərik: “Təhsil müəssisələrində tədrisin təşkili, məktəbli və tələbələrin tədris prosesində iştirakının bütün detalları müzakirə edilir. Məsələn, aşağı sinif şagirdləri məktəbə gedirsə, rejimin tənzimlənməsi müzakirə edilir. Yaxın vaxtlarda tədrislə bağlı tam qərar veriləcək. Siniflərdə şagirdlərin sayı, dərs vaxtlarının toqquşmaması, şahmatvari olması, təhsil müəssisələrində şagird, tələbə sıxlığının maksimum azaldılması, tədris müəssisələrində bufetlərin, kitabxanaların fəaliyyəti müzakirə mövzusudur. Yaxın zamanda bununla bağlı qərar açıqlanacaq”.

A.Qurbanov bildirib ki, məqsəd yoluxma sayının artımının qarşısını almaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR