Yaxın Şərqdə Türkiyəyə qarşı yeni cəbhə yaradılır - General
Yaxın Şərqdə baş verən proseslərlə Şərqi Aralıq dənizi hadisələri üst-üstə düşür.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi, general İsmayıl Hakkı Pekin ölkə mətbuatına açıqlamasında deyib.
“Avropanın məqsədi kimlərdənsə istifadə edərək Türkiyəni zəiflətmək və dənizdəki fəaliyyətini ortadan qaldırmaqdır. Yaxın Şərqdə Türkiyəyə qarşı yeni bir cəbhə yaradılır. Yaxın zamanlarda İsrail-BƏƏ anlaşmasına Oman, Bəhreyn, Sudan, Mərakeş və Səudiyyə Ərəbistanının qatılması gözlənilir. Eyni zamanda, ABŞ F-35 qırıcılarını və müasir dron texnologiyasını BƏƏ-yə satmağı planlaşdırır. Xülasə, bu bölgədə yeni bir formalaşma yaradılır. Bu formalaşma Türkiyə və İranı kənarda qoyur”, - general bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət