Dərc edildi: Baxış sayı: 185
Yaxın 17 ildə Bakıda 142 mindən çox mənzilə tələbat yaranacaq
“Əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Baş Planda əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 000 ha sahə nəzərdə tutulub ki, burada da təqribən 200,0 min mənzilin təmin edilməsi mümkün olacaq:
“Bu, 2027-ci ilədək yaranacaq 49,97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92,85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət