Dərc edildi: Baxış sayı: 705
Yatanda ayaqların arasına yastıq qoyun - 5 inanılmaz faydası
Bir çox həkimlər, osteopatlar yatanda ayaqların arasında ya yastıq, ya kiçik odeyal qoymağın və böyrü üstə yatmağın faydalarını qeyd edir.
Medicina.az yatanda ayaqların arasına yastıq qoymağın bədənə, orqanizmə necə təsir etdiyini araşdırıb.
1.Onurğada ətrafı əzələlərin gərginliyini götürür
Yuxuda olarkən ayaqların arasında yumşaq dayaq olanda onurğanın aşağı hissəsi fəqərələri demək olar, ağırlıq və gərginlik hiss etmir, bu da gecə rahat yatmağa imkan verir
2.Spazmları götürür
Ayaq üstə çox qalan insanlar gecə beldə, ayaqlarda spazm hiss edirlər. Bu variant o spazmı aradan qaldırır
3. Yuxuda stabil bədən vəziyyəti
Yuxuda o tərəfə bu tərəfə çevrilmə rahat yatmağa, dərin yuxuya imkan vermir. Bu üsul bədəninizi stabil və sakit tutacaq.
4.Qan dövranını yaxşılaşdırır
Yastıq ayaqların bir birinin üzərinə düşüb sıxmasının qarşısını almaq üçün aşağı ətraflarda qan dövranı yaxşı olacaq. Xüsusən varikozu olanlar bundan istifadə etməlidir
5. Termorequlyasiya tənzimlənir
Yay aylarında belə yatmaq, istiliyi bərabər yayır, qasıq, ayaqlar, çanaqda həddən artıq temperatura imkan vermir. Bu da kişilər üçün çox vacibdir
6.Ağrıyan dizləri sakitləşdirir
Dizlərində problem olanlar yastıq saxladıqda, dizlər üçün bufer rolunu oynayıb, bir-birini sıxmasına, ağırlıq düşməsinə imkan yaratmır.
Ona görə də hamilə qadınlar yalnız ayaqlarının arasına yastıq qoyduqda rahat yatır, bu həm onlar, həm də körpə üçün əlverişlidir. Siz də sınayın.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət