Slimfit
  1. MARAQLI

Yatağa karbonat səpməyin faydaları

Yatağa karbonat səpməyin faydaları
Sakura

Yatağa karbonat səpməklə kir, tər və bütün xoşagəlməz qoxuları təmizləyə bilərsiniz

Yatağa karbonat səpməklə kir, tər və bütün xoşagəlməz qoxuları təmizləyə bilərsiniz.

Publika.az xəbər verir ki, bunun üçün ələyə karbonat töküb yatağın üzərinə ələyin. İstəyə görə 10-15 damcı efir yağı əlavə etmək olar. Onları bütün yatağa bərabər şəkildə dağıdın. Bir neçə saat bu şəkildə saxlayın. Daha sonra tozsoranla vakuumlayın.

Karbonat xalça təmizliyində də effektiv vasitədir. Kasaya bir xörək qaşığı karbonat, 4-5 yemək qaşığı sirkə və 1 xörək qaşığı yuyucu toz əlavə edib ilıq su ilə qarışdırın. Qarışıq köpükləndiyi üçün daha böyük qab istifadə edin. Məhlulu sprey şüşəsinə boşaldın. Ləkələri effektiv şəkildə aradan qaldıran spreyi xalça və yumşaq mebellərin təmizliyində istifadə etmək olar.

Karbonat çox səmərəli və təbii təmizləyicidir. Onu süngər və ya nəmli parça tətbiq edərək mətbəxdə istifadə etmək olar. Soyuducunun, mikrodalğalı sobanın və sobanın daxili hissəsini təmizləyib qoxunu aradan qaldırır və dezinfeksiya funksiyasını yerinə yetirir, eləcə də çay və qəhvə ləkələrini yox edir, tava, büllur qab və digər mətbəx əşyalarını ağardır.

Karbonat sadəcə xəmir yeməklərində istifadə edilmir. Toyuq və mal ətini yumşaltmaq üçün təsirli vasitədir.

Karbonat haqqında

Toksik deyil.

Kir və nəmi əmir.

Xoşagəlməz qoxuları aradan qaldırır.

Bir çox təmizləyici məhsulun yerinə istifadə edilə bilər.

Bir çox zərərli mikroorqanizmləri öldürür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR