Slimfit
  1. PSİXOLOGİYA

Yaşlı insanlara münasibət nədən asılıdır?

Yaşlı insanlara münasibət nədən asılıdır?
Sakura

Yaşlı insanlara münasibət nədən asılıdır?

Babaları və nənələri ilə yaxşı münasibəti olan uşaqlarda yaşlılara qarşı mühakimə formalaşmır.

Belə nəticəyə Lejs Universitetinin tədqiqatçıları gəliblər. Onların araşdırmasında 7-16 yaş arasında olan 1161 insan iştirak edib.

İştirakçılar yaşlı insanlar, qocalma və onların nənə-babalarına olan münasibətlərə aid suallara cavab verib. Həmçinin tədqiqatçılar iştirakçıların nənələri, babaları və onların sağlamlıqları barədə məlumatları topladılar. Əksər uşaqların yaşlı insanlara olan münasibəti pozitiv və ya neytral idi. Qız uşaqları yaşlı insanlara oğlanlardan daha çox pozitiv münasibət bəsləyirdilər.

Ən qeyri-obyektiv uşaqlar 7-9 yaşlılar oldu, daha az qeyri-obyektivlik 10-12 yaşlı uşaqlar göstərib. 14-16 yaşlı uşaqların bəzilərində mühakimələr yaranırdı. Mühakimələrin ehtimalı baba və nənələrlə olan münasibətlərin keyfiyyətinin azlığı ilə artırdı. Bundan başqa mühakimələr nənələri və babalarında sağlamlıq problemləri olan iştirakçılarda daha çox olurdu.

 

Tərcümə: famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR