Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yaşlı insanlara bu meyvələri yemək olmaz

Yaşlı insanlara bu meyvələri yemək olmaz
Sakura

Yaşlı insanlara bu meyvələri yemək olmaz

Yaşlandıqca həzm prosesində məlum dəyişikliklər baş verir: mədə-bağırsaq traktının motor və həzm funksiyaları pozulur, onların aktivliyi azalır. Qazın formalaşmasının güclənməsi meteorizmə səbəb olur. Qida rasionundakı kəskin dəyişiklik xoşagəlməz həzm pozğunluğuna, mədə-bağırsaq traktının işində nasazlığa, qəbizliyə səbəb ola bilər.

Ens.az xəbər verir ki, dietoloqlar hansısa məhsula qadağa qoymağı, mono dietalara riayət etməyi məsləhət görmürlər. Yaşlı sağlam insanlar orqanizmi qidalı maddələr və vitaminlərlə tam təchiz etmək üçün hər şey yeyə bilərlər. Məhdudiyyətlər ancaq həzm sisteminin pozğunluğu riskinə səbəb olan ayrıca meyvələrə tətbiq edilə bilər. Məsələn: böyük miqdarda gavalı giləmeyvəsi, alça və ərik istifadəsi ishalın yaranmasına səbəb olur. Təzə və qurudulmuş moruq, onun mürəbbəsi soyuqdəymə zamanı əvəzedilməzdir ki, immunitet pozğunluğu olan yaşlı insanlar buna meyllidir.

Fruktoza ilə çox zəngin olan və xüsusilə mineral su və ya kvasla eyni zamanda qəbul edildikdə mədədə qıcqırma prosesi yarada bilən üzümün istifadəsini də məhdudlaşdırmaq lazımdır. Üzümü digər meyvələrlər birlikdə yemək olmaz və şəkərli diabetdən əziyyət çəkən yaşlı insanlar onunla ehtiyatlı olmalıdırlar. Zəiflədici effektə nail olmaq üçün rasiona üzüm, əncir və qara gavalı daxil edin, əks halda bu məhsulların istifadəsini məhdudlaşdırın. Yalnız dəymiş meyvələri götürün. Kal meyvələr həzmi yavaşıdır və onu çətinləşdirir, buna görə də meyvələrin yetişməsinə diqqət yetirin.

Yaşlı inanlar üçün balanslaşdırılmış rasion üçün ən yaxşı qidalanma yerli mənşəli mövsümi meyvələr olacaqdır. Bir çox vitaminlərin kivi, feyxoa, manqoda olması iddiasına baxmayaraq, onlar orqanizm tərəfindən yavaş maddələr mübadiləsi ilə çətin həzm olunur. Pomelo, kokos kimi ekzotik meyvələr yaşlı insanlar üçün dözülməzlik yaratdığına görə məsləhət görülmür. Sitrus meyvələri allergik reaksiyalara səbəb ola bilər. Yerli mənşəli meyvələr seçərkən siz öz orqanizminizi həzm və dərhal hiss etməyəcəyiniz zərərli maddələrin yığılması baxımından xoşagəlməz reaksiyalardan qoruyacaqsınız. Mövsümi meyvələr yaşlı dövrdə balanlı qidalanmanın təmin edilməsi üçün ən yaxşı seçim olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR