Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib
Sakura

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

Yaşıl çayda təbii bir antioksidan olan Epigallocatechin (EGCG) antibiotikə davamlı infeksiyalarla mübarizədə kömək edə bilər. FaktXeber.com-un verdiyi məlumata görə,Surrey Universitetinin bir qrup alimi bu nəticəyə gəlib. Onların məqaləsi Medical Microbiologiya jurnalında dərc olunub.

 Tədqiqatçılar müəyyən ediblər ki, EGCG "Pseudomonas aeruginos" bakteriyasının yaratdığı infeksiyalar üçün istifadə olunan aztreonamın antibiotikinin təsirini artırır.

Aztreonam və EGCG birləşməsi bu maddələrin ayrılıqda hər birindən daha təsirli olub. Alimlər antioksidanın antibiotikin hüceyrə tərəfindən udulmasını artırdığını düşünürlər.

 

Pseudomonas aeruginosa, ilk növbədə immuniteti zəif olan insanlara təsir göstərir, qanaxma və tənəffüs yolu infeksiyasına səbəb olur, eyni zamanda əksər dərmanlara davamlı olan təkrar infeksiyalara səbəb olur. 

 Ümumdünya Səhiyyə Təşkilatı bu bakteriyanı sağlamlığa kritik təhlükələri siyahısına daxil edib.

Mənbə: faktxeber.com

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR