Slimfit
  1. AVTO VƏ MOTO

YAROSLAVL MÜHƏRRİK ZAVODU

YAROSLAVL MÜHƏRRİK ZAVODU
Sakura

Avtomobil istehsalı üzrə səhmdar cəmiyyət, Britaniyanın "Crossley" şirkətinin lisenziyası əsasında təşkil…

"Avtodizel" İctimai Səhmdar Cəmiyyəti (Yaroslavl Mühərrik Zavodu), YaMZ - Yaroslavl şəhərində yerləşən Sovet və rus maşınqayırma müəssisəsidir. Dizel mühərrikləri istehsal edir.
TARİXİ
Zavod, 1916-cı ildə rus sənayeçisi Vladimir Aleksandroviç Lebedev tərəfindən Rusiyada hökumət proqramı çərçivəsində avtomobil sənayesi yaratmaqla quruldu. Avtomobil istehsalı üzrə səhmdar cəmiyyət, Britaniyanın "Crossley" şirkətinin lisenziyası əsasında təşkil edildi. Həcmi 4478 sm³ olan 4 silindrli mühərriklə ildə 750 yük maşını və minik avtomobili istehsal etmək planlaşdırılırdı. Xarici konstruksiyanın təkmilləşdirilməsi planlaşdırıldığına dair bir dəlil var. 1917-ci ilə qədər zavod işləmədi - yalnız bir avtomobilin - "Lebed" ("Lebed-A")-nın buraxılışı haqqında məlumat var və bu İngiltərədə qurulmuşdur.
İnqilabdan sonrakı ilk dövlət avtomobil təmiri zavodu idi. 1925-ci ildə AMO-F-15 mühərrikləri olan yük maşınlarının istehsalına başlandı. 1926-cı ildə zavod Yaroslavl 3 nömrəli Dövlət Avtomobil Zavoduna çevrildi.
Birinci beşillikdə yenidənqurma işləri aparıldı: yeni emalatxanalar tikildi, işçilərin sayı 5 dəfə artdı. Zavod ölkədə ilk dəfə olaraq ağır yük maşınları istehsalına başlamışdır. 1933-cü ildən Yaroslavl Avtomobil Zavodu adlanır. 1935-ci ildə 10.000-ci yük maşınını buraxdı.
1925-1942-ci illərdə zavodun əsas məhsulları 3 tondan 7 tonadək olan ağır yük maşınları - Ya-3 (1925-ci il, 3 ton), Ya-4, Ya-5, YaQ-3 (1932-ci il, 5 ton), YaQ-4, YaQ-5, YaQ-6, YaQ-10 (1931-ci il, 8 ton), YaQ-12 (1932-ci il, 8 ton); YaS-1 (1935-1936), YaS-3 (1936-1941) və YaS-4 (1939) samosvalları; birmərtəbəli trolleybuslar YaTB-1 (1936), YaTB-4 və ikimərtəbəli YaTB-3; YA-1, YA-2 (1932-ci il, 100 sərnişin) avtobusları; avtobuslar və trolleybuslar üçün şassilər idi. 1933-cü ildə Birləşmiş dövlət siyasi idarəsinin, Xüsusi dizayn bürosu ilə birlikdə ilk Sovet "Kodju" dizel mühərrikinin sınaq nümunələri hazırlanmışdır.
Müharibə illərində zavod Ya-11, Ya-12 (1943-cü il), Ya-13 sepli artilleriya datıcıları istehsal etdi. 1943-1947-ci illərdə yük götürmə qabiliyyəti 7 ton olan YaAZ-200 (4×2) avtomobilinin, 1948-1950-ci illərdə 12 ton yük götürmə qabiliyyəti olan YaAZ-210 (6×4) üç oxlu avtomobillərinin istehsalı hazırlandı.
1947-1951-ci illərdə SSRİ-də ilk dəfə olaraq - YaAZ, MAZ avtomobilləri, xüsusi nəqliyyat vasitələri, ZİS-154 avtobusları, nasos qurğuları və s. üçün gücü 110-220 at gücü olan iki vuruşlu YaAZ-204 və YaAZ-206 avtomobil dizel mühərriklərinin kütləvi istehsalı mənimsənildi. Bu mühərriklərin hazırlanmasına görə 1949-cu ildə Stalin mükafatı aldı.
1951-ci ildə YaAZ-200, YaAZ-205, YaAZ-225 iki oxlu avtomobillərin istehsalı Minsk Avtomobil Zavoduna verildi. 1958-ci ildə Yaroslavl Avtomobil Zavodu (YaAZ) Yaroslavl Mühərrik Zavodu (YaMZ) adlandırıldı. O vaxtdan bəri, zavod 180-800 at gücü olan çoxməqsədli dizel mühərriklərinin, ötürücü qutular, dizel elektrik qurğularının hazırlanması və istehsalında ixtisaslaşmışdır.
1958-1961-ci illərdə hazırlanmış gücü 180-500 at gücü olan 4 vuruşlu YaMZ-236, YaMZ-238, YaMZ-240 dizel mühərriklərinin istehsalı 1961-1965-ci illərdə həyata keçirildi. 1972-ci ildə onların hazırlanmasına görə SSRİ Dövlət Mükafatı verildi. 1966-cı ildə zavod Lenin ordeni ilə təltif edildi. 1968-1971-ci illərdə Kama Avtomobil Zavodu üçün YaMZ-740 və YaMZ-741 güc qurğusu hazırlanmışdır.
1971-ci ildə Yaroslavl Mühərrik Zavodu - YaAZTA, YaAZDA, TMZ, Rostov qurğu zavodu, təmir - tikinti tresti və "Revolyusiya" sovxozu, daha sonra Tutaevsk təmir – sınaq zavodunun da daxil olduğu "Avtodizel" İstehsalat Birliyinin ana şirkəti oldu. 1973-1980-ci illərdə dizel mühərrikləri olan YaMZ-840 ailəsi yaradıldı. 1975-ci ildə zavod Oktyabr İnqilabı ordeni ilə təltif edildi. 1976-cı ildə "Kirovets" K-700 və K-701 traktorları üçün mühərrik istehsalının yaradılması və mənimsənilməsi üçün Lenin mükafatı verildi. 1977-1979-cu illərdə Kutaisi Avtomobil Zavodu üçün YaMZ-642 güc qurğusu yaradıldı.
1970-ci ildən bəri "Avtodizel" Sovet dizel mühəndisliyinin aparıcı müəssisəsinə çevrildi. Məhsulların istehlakçıları - MAZ, KrAZ, BelAZ, MoAZ, MZKT, UralAZ, ZİL, BAZ, LAZ, KZKT, İZTM, ÇZPT, "Kirov zavodu", Rostselmash, Krasnoyarsk kombayn, Voronej, Kovrovskiy ekskavator, Murom, Lyudinov Lokomotiv Zavodu, İvanov kran zavodu, Çelyabinsk yol maşınları zavodu və digər müəssisələrdir.
1993-cü ildən zavod "Avtodizel" ASC (Yaroslavl Mühərrik Zavodu) kimi fəaliyyət göstərir. 1991-1998-ci illərdə "Topol M" raket və kosmik kompleksi üçün YaMZ-846 və YaMZ-847 mühərrikləri yaradıldı. 1994-2005-ci illərdə stasionar güc qurğularının və elektrik generatorlarının istehsalı yaradıldı. 1995-2003-cü illərdə ekoloji sinif mühərriklərinin istehsalı mənimsənilmişdir: 1995 - Avro-1 (YaMZ-236NE/BE və YaMZ-238BE/DE), 1997 - Avro-2 (YaMZ-7511 və YaMZ-7601), 2003 - Avro-3 (YaMZ-656 və YaMZ-658). Bu mühərriklərin kütləvi istehsalı 2007-2008-ci illərdə başlamışdır. 1995-2002 və 2005-2008-ci illərdə YaMZ-530 ailəsinin dizel mühərrikləri (Euro-4) hazırlanmışdır. 2003-cü ildə Rusiyada ilk dəfə beynəlxalq ekoloji standartlara cavab verən çox məqsədli dizel mühərriklərinin hazırlanması və mənimsənilməsinə görə Hökumət Mükafatı verildi. 2016-cı ildə "Armiya-2016" Beynəlxalq Forumunda yeni YaMZ-780 mühərriki təqdim edildi.
2001-ci ildə "Avtodizel" İSC (YaMZ) sonradan "QAZ Qrupu"na çevrilən "RusPromAvto" MMC-nin bir hissəsi oldu.

Mənbə: AVTO KLUB AZƏRBAYCAN

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR