1. MEDİA

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mehriban xanım Əliyevaya müraciət edib

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mehriban xanım Əliyevaya müraciət edib

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mehriban xanım Əliyevaya müraciət edib

Hörmətli Mehriban xanım, narahat etməkdə məqsədimiz Yardımlı ictimaiyyətinin xahişini Sizə çatdırmaqdan ibarətdir. 

Heç şübhəsiz ki, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun xətti ilə rayonumuzda xeyli işlər görülüb və inşaa edilən məktəb və uşaq bağçalarından ictimaiyyət razılıqla danışır. Bütün bunlardan ürəklənib, məlumat veririk; bəlkə də Yardımlı yeganə rayondur ki, ərazisində bir dənə də olsun “Uşaq meydançası” yoxdur. Bu da uşaqların əylənməsi üçün rayonda şəraitin olmamasını qabarıq şəkildə biruzə verir. 

Heç şübhəsiz ki, bu gün rayonda “Uşaq meydançası”nın olması azyaşlı yardımlıların ən böyük arzusudur.

Hörmətli Mehriban xanım, bunun Yardımlı rayonunda böyüyən uşaqlara necə dəyərli bir hədiyyə olacağını  nəzərə alaraq, Sizdən xahiş edirik ki, bu problemin aradan qaldırılmasında münasibətinizi bildirəsiniz.

Hörmət və ehtiramla, Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Elman Eldaroğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR