Dərc edildi: Baxış sayı: 566
Yaqut Qarayevadan Hindistan ştammı ilə bağlı açıqlama
“Artıq rəsmi olaraq elan olunub ki, Hindistanda koronavirusun yeni mutasiya olunmuş variantı yaranıb”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, hələ ki, bu mutasiya olunmuş virusun ağırlaşdırıcı olub-olmaması məlum deyil: “Azərbaycanda Hindistan ştammı qeydə alınmayıb. Bu istiqamətdə mütəmadi testlər aparılır. Əgər qeydə alınarsa, dərhal ictimaiyyətə məlumat veriləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət