Yaqub Mahmudov: Mikoyan və oğlu Şaumyana görə elmi ictimaiyyəti aldadıblar
Azərbaycanlılara qarşı törədilən soyqırımının cəlladı Anastas Mikoyan və oğlu Şaumyanın sağ qalması faktının araşdırılması üçün Hindistanın Milli Arxivində heç zaman olmayıblar, onlar elmi ictimaiyyəti aldadıblar.
Trend-in məlumatına görə, bunu Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Polşanın Varşava Universitetində “İnsanlığa qarşı ağır cinayətlər: XX əsrdə Azərbaycan və Polşa xalqlarının tarixi əsasında” mövzusunda beynəlxalq elmi konfransda çıxış edərkən deyib.
O bildirib ki, erməni-daşnak quldurları Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı cinayəti törədiblər:
“Sovet dönəmində soyqırımı cəlladları qəhrəman kimi təqdim edilib. Anastas Mikoyan “26-lar”ın tarixini saxtalaşdırıb. O bildirirdi ki, guya Hindistanın Milli Arxivində olub və Şaumyan Hindistana aparılmayıb. Amma biz sübut etdik ki, Mikoyan və oğlu Hindistanın Milli Arxivində olmayıb, onlar elmi ictimaiyyəti aldadıblar”.
Konfransın açılışında Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, universitetin şərqşünaslıq fakültəsinin Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya və başqaları çıxış ediblər.
Səfir Həsən Həsənov çıxışında Azərbaycan-Polşa əlaqələrinin tarixindən ətraflı danışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət