Slimfit
  1. AVTO VƏ MOTO

Yaponlar "Terminator" dakı kimi gələcəyin traktorunu yaratdılar

Yaponlar "Terminator" dakı kimi gələcəyin traktorunu yaratdılar
Sakura

Yaponlar "Terminator" dakı kimi gələcəyin traktorunu yaratdılar

Ens.az xəbər verir ki, Kubota şirkəti özünün 130 illik yubileyini təsəvvür edilə bilən ən qəribə kənd təsərrüfatı maşını olan X traktorun yaradılması ilə qeyd edib.

Bu texnika hər kəsə tanış olan ənənəvi traktora deyil, hər an nəsə gözləyə biləcəyiniz nəhəng bir ev heyvanına bənzəyir. Ön hissəsinə xüsusi yığılmış ilk baxışda sadə görünən elementlər sanki köpək dişlərinə xatırladır.

Maşının görünüşü adamın yadına istər-istəməz terminator haqqında klassik filmlərdən hissələri xatırladır– gələcək şəhərlərin xarabalıqlarını gəzən, hərəkət edən hər şeyə güllə saçanlardan biri də bu deyildimi ?

Amma əslində X traktoru olduqca dincdir və ənənəvi qaydada idarə olunur, litium-ion batareyası və günəş panellərinin daxil olduğu elektrik qurğusu ilə təchiz edilmişdir. Hər bir texnika öz müstəqil elektrik mühərriki ilə idarə olunur. Ərazidə oriyentasiyası üçün traktor GPS, bortda olan kameralar və süni intellektə əsaslanan idarəetmə sistemindən istifadə edir. Bütün bunlar maşının adi və ya düyü sahələrindən keçməsinə, əkin və məhsul yığımı kimi bir sıra vəzifələri yerinə yetirməsinə imkan verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR