Slimfit
  1. TEXNOLOGİYA

Yaponiyada yeni superkompüterin komponentləri ictimaiyyətə təqdim olunub

Yaponiyada yeni superkompüterin komponentləri ictimaiyyətə təqdim olunub
Sakura

Yaponiyada yeni superkompüterin komponentləri ictimaiyyətə təqdim olunub

 

Yaponiyalı tədqiqatçılar dünyada ən sürətli yeni nəsil superkompüterin əsas komponentlərini ictimaiyyətə təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, “RIKEN” Tədqiqat İnstitutu və elektronika sahəsində tanınmış “Fujitsu” şirkətinin ümummilli layihə çərçivəsində hazırladığı yeni kompüter hazırda Yaponiyda istifadə edilən “K” superkompüterinin xələfi olacaq. Bildirilir ki, yeni nəsil superkompüterin yığılmasına cari ilin martında başlanılıb.

Yeni superkpmpüterin müəllifləri kütləvi-informasiya vasitələrinin nümayəndələrinə yeni kompüterin mərkəzi prosessor blokunu nümayiş etdiriblər.

Tədqiqatçılar qeyd ediblər ki, yeni kompüterin mərkəzi prosessor bloku məlumatları “K” modelinin blokundan 20 dəfə sürətlə işləyəcək.

Yeni kompüterin “RIKEN” İnstitunun Kobe şəhərində yerləşən “K” modelini əvəz edəcəyi planlaşdırılır. Yaponiya hökuməti yeni superkompüteri 2021-ci ildən istifadə etməyi nəzərdə tutur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR