Slimfit
  1. DÜNYA

Yaponiyada istehsal olunan dərman dünyanı koronavirusdan xilas edir

Yaponiyada istehsal olunan dərman dünyanı koronavirusdan xilas edir
Sakura

Yaponiyada istehsal olunan dərman dünyanı koronavirusdan xilas edir

Yaponiyada Fujifilm Toyama Chemical şirkəti tərəfindən istehsal olunmuş Favipiravir adlı dərman COVİD-19 virusundan ən effektiv müalicə vasitəsi hesab olunub.

 

Bizimyol.info nat.geo.ru-ya istinadən xəbər verir ki, kliniki sınaqlar belə deməyə əsas verib. Çinin Elm və Texnika Nazirliyinin rəhbəri Cjan Sinmin bildirib ki, adı çəkilən preparat 34 pasiyent üzərində sınaqdan keçirilib və xəsətəliyin sağalma müddətinin kəskin azalmasına səbəb olub.

“Favipiravir yüksək təhlükəsiliyə malikdir və müalicədə çox səmərəlidir. Dərmanı içmiş pasiyentlərin ağ ciyərləri digərlərinə nisbətən daha yaxşı müalicə olunub və 91% sağalma nümayiş etdirib. Digər dərmanlarla sağalanlarda bu göstərici 62% olub. Eyni zamanda Aviqan adı ilə tanınan dərman 2014-cü ildə istehsal olunub. Çinli nazirin bəyanatından sonra dərman istehsal edən şirkətin səhmlərinin qiyməti 15% yüksəlib.

The Guardian isə yazır ki, bu dərman daha ağır simtomlarla xəstələnmiş pasiyentlərə yaxşı təsir etmir. “Biz xəstəliyi daha ağır keçirən 70-80 pasiyentə Aviqan verdik, lakin viruslar artıq bölünüb çoxaldıqları üçün onlara təsir etmədi”,- deyə naməlum mənbədən qeyd edilib.

2016-cı ildə Yaponiya hökuməti Favipiraviri Qvineyada Ebolaya qarşı təcili kömək kimi hazırladıb. Preparatın may ayında COVİD-19-un müalicəsində istifadəyə tətbiqinin təsdiq olunması gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR