Slimfit
  1. DÜNYA

Yaponiyada ilk robot yanğınsöndürənlər dəstəsi yaradılıb

Yaponiyada ilk robot yanğınsöndürənlər dəstəsi yaradılıb
Sakura

Yaponiyada ilk robot yanğınsöndürənlər dəstəsi yaradılıb

Yaponiyada insanlardan istifadənin təhlükəli olduğu xüsusi ağır və miqyaslı alovlanmanın söndürülməsi üçün ilk əlahiddə robot yanğınsöndürənlər dəstəsi yaradılıb.

"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, dəstəyə dörd kateqoriyalı robotlar daxildir. Məsələn, onlar arasında yanğının xarakteri və onun inkişafı barədə dəqiq məlumatlar verən pilotsuz uçan aparat var. Bundan başqa, dəstədə dağıntıların təmizlənilməsi üçün buldozer çalovu və manipulyator əllə təchiz edilən robot, eləcə də su şırnaqlarına malik müxtəlif tipli təkərli maşınlar yer alıb.

Müxtəlif təyinatlı dörd robot bir avtomobildə daşınır. Dəstəyə dörd belə mobil bölmə daxildir.

Bildirilir ki, dəstə Tokionun şimal-şərqi yaxınlığında Tiba prefekturasının İtixara şəhərində bazada yerləşir. Bu yerin seçilməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, bu ərazidə çoxsaylı neft anbarları və neft emalı zavodları, sıxılmış qaz qəbul edən terminallar yerləşir. Belə obyektlərdə yanğınlar söndürülmə zamanı insanlar üçün böyük çətinliklər törətməsi və çox təhlükəli olması ilə seçilir.

Qeyd edək ki, son vaxtlar Yaponiyada həyatın müxtəlif sahələrinin robotlaşdırılması genişlənir ki, bu da əsasən əhalinin qocalması və artmaqda olan işçi qüvvəsi çatışmazlığı ilə əlaqədardır. Ekspertlərin hesablamalarına görə, ölkədə bir müddət sonra hazırda mövcud peşələrin təxminən yarısını tam avtomatlaşdıraraq süni intellektin sərəncamına vermək olar. Məsələn, hazırda Yaponiyada bağlama, banderol və məktubları qəbul edən və çatdıran avtonom poçtalyon avtomobilin sınaqları keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR