Dərc edildi: Baxış sayı: 548
Yaponiyada boş evlərin sayı rekord həddə çatıb
Yaponiyada 2018-ci ildə boş evlərin sayı 8 milyon 460 minə çatıb. Bu barədə Yaponiya Ümumilli İşlər Nazirliyinin aprelin 26-da dərc etdiyi hesabatda məlumat verilir. Həmin hesabat beş ildən bir dərc edilir.
Sənəddə qeyd edilir ki, 2018-ci il oktyabrın 1-nə olan son məlumata görə, ölkə üzrə boş evlərin sayı 8 milyon 460 minə çatıb və bu, ölkədəki ümumi evlərin sayının 13,6 faizini təşkil edir.
Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, əgər boş evlər haqqında tezliklə qərar qəbul edilməsə, ölkədə təhlükəsizliyin səviyyəsinə və ətraf mühitə böyük zərər dəyə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət