Slimfit
  1. DÜNYA

Yaponiya imperatoru üçün unikal “Toyota” kabrioleti hazırlanır

Yaponiya imperatoru üçün unikal “Toyota” kabrioleti hazırlanır
Sakura

Yaponiya imperatoru üçün unikal “Toyota” kabrioleti hazırlanır

“Toyota” şirkəti Yaponiyanın yeni imperatoru Naruhitonun oktyabrda keçiriləcək tacqoyma mərasimi üçün “Toyota Century” sedanının xüsusi modelini hazırlayıb. Kabrioletdən yalnız bir istehsal ediləcək. 

Vesti.ru xəbər verir ki, Yaponiyada “Toyota Century” rusların “Aurus Senat”ı kimi vəzifəli şəxslər və iş adamları üçün nəzərdə tutulmuş bahalı, nüfuzlu və nadir yerli avtomobildir.

Amma sonuncu “Century”nin açıq versiyasını ala bilməyəcəksiniz. Çünki təntənəli kabriolet yalnız mərasim səfərləri üçün nəzərdə tutulub.

2018-ci il modelinin flaqman markası əsasında qurulmuş “Toyota Century”  “Japanese Nostalgic Car”a görə, dörd tam qapıya və 5340 mm uzunluğa sahibdir. Avtomobildə hər şey imperatorun davranış və hərəkəti vəziyyətinə uyğun dizayn olunub. 

Məlumata görə, istehsalçı hələ layihə ilə bağlı hər hansı texniki məlumat dərc etməyib.

Bu maşın “Century”nin ilk üstü açıq versiyasıdır. Deyilənə görə, sonuncu da ola bilər. Yaponiyanın yeni imperatorunun tacqoyma mərasimi oktyabrın 22-də 190 ölkənin liderlərinin iştirakı ilə baş tutacaq. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR