Dərc edildi: Baxış sayı: 512
Yaponiya da ordusunu Yaxın Şərqə göndərir?
Rəsmi Tokio Yaxın Şərqdəki tanker gəmilərini qorumaq üçün əsgərlərini bölgəyə göndərə bilər.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Yaponiya Nazirlər Kabinetinin rəsmisi Yoşihidə Suqa deyib.
O bildirib ki, Yaponiya Yaxın Şərqdəki gəmilərini qorumaq üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulmayacaq.
Yaponiya Baş nazirinin gəmilərin qorunması üçün ölkənin müdafiə qüvvələrinin göndərilməsi barədə təlimat verdiyini qeyd edən rəsmi Yaponiyanın özünün bu məsələdə səy göstərəcəyini bildirib.
Yoşhidə Suqa müdafiə qüvvələrinin göndərilmə tarixinin dəqiq olmadığını bildirib .
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət