Dərc edildi: Baxış sayı: 298
Yaponiya da HƏMAS liderlərinə qarşı sanksiyalar tətbiq etdi
Yaponiya oktyabrda İsrailə hücumla bağlı HƏMAS hərəkatının rəhbər üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında dərc edilən bəyanatında bidirilib.
Sanksiya siyahısına HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyf və onun müavini Mərvan İsanın adı daxil edilib.
Yaponiya onlara qarşı bir sıra tədbirlər görəcək, o cümlədən, aktivləri aşkar olunarsa, dondurulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət