Dərc edildi: Baxış sayı: 748
Yaponiya 6 aylıq fövqəladə vəziyyətə hazırlaşır
Yaponiyada hökumət 6 aylıq fövqəladə vəziyyət elan etməyə hazırlaşır.
SONXEBER.AZ Yaponiya mətbuatına istinadən xəbər verir ki, Yaponiya hökuməti koronavirus pandemiyasına qarşı 6 aylıq fövqəladə vəziyyət elan edəcək.
Bu vəziyyətin Tokyoya və qonşu 3 vilayətə, həmçinin Osakaya da tətbiq olunacağı bildirilib.
Hökumətin qərarı çərşənbə axşamı elan edəcəyi deyilib.
Qeyd edək ki, Yaponiyada yeni növ koronavirus (COVID-19) səbəbiylə həyatını itirənlərin sayı 104-ə, yoluxmaların sayı 4 min 570-ə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət