Slimfit
  1. SİYASƏT

YAP icra katibinin müavini: 'Hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib'

YAP icra katibinin müavini: 'Hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib'
Sakura

YAP icra katibinin müavini: 'Hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib'

"Növbədənkənar parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının namizədlərinin irəli sürülməsi prosesi ilə bağlı işlər aparılır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, işlər tamamlanandan sonra hər dairə üzrə YAP namizədləri irəli sürüləcək və siyahı da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

S.Novruzov qeyd edib ki, hakim partiyanın kifayət qədər potensialı və seçkilərdə kifayət qədər təcrübəsi var: "Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib. Yəni hər şey hazırdır. Sadəcə namizədləri təqdim edəcəyik və ondan sonra digər proseslərə başlayacağıq".

O xatırladıb ki, partiya Mərkəzi Seçki Komissiyasına 126 nəfər səlahiyyətli, bir nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsini təqdim edib və komissiya artıq bunu təsdiq edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR