Slimfit
  1. İQTİSADİYYAT

Yanvarın 1-dən Azərbaycanda yeni nəzarət-kassa aparatı quraşdıranların xərcləri vergi öhdəlikləri ilə əvəzlənəcək

Yanvarın 1-dən Azərbaycanda yeni nəzarət-kassa aparatı quraşdıranların xərcləri vergi öhdəlikləri ilə əvəzlənəcək
Sakura

Yanvarın 1-dən Azərbaycanda yeni nəzarət-kassa aparatı quraşdıranların xərcləri vergi öhdəlikləri ilə…

Gələn il yanvarın 1-dən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran  vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri də daxil olmaqla) dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzlənəcək. 

“APA-Economics”in məlumatına görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Bu müddəa qüvvəyə minənədək istismar edilən nəzarət-kassa aparatının müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejiminə qoşulmuş nəzarət-kassa aparatı ilə əvəz edən vergi ödəyicilərinə şamil ediləcək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddən artıq olan məbləğ vergi ödəyicisi tərəfindən ödəniləcək.

Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər bu maddə ilə müəyyənləşdirilmiş qaydada vergi öhdəlikləri ilə əvəzlənmir:

- nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixədək quraşdırıldıqda;

- nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;

-nəzarət-kassa aparatı 2019-cu il  1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR