Yanğının baş verdiyi yataqxanada tələbələr yaşayır?
Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır.
Ens.az-ın məlumatına əsasən,bu barədə “Report”a Elm və Təhsil Nazirliyindən bildirilib.
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.
“FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub. Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət