Slimfit
  1. PSİXOLOGİYA

Yalanı müəyyən etməyin 10 üsulu

Yalanı müəyyən etməyin 10 üsulu
Sakura

Yalanı müəyyən etməyin 10 üsulu

Kimin üçünsə yalan danışmaq pis vərdişə, kimin üçünsə qüsura çevrilib. Yalanla biz hər yerdə – ailədə, işdə, küçədə və başqa yerlərdə rastlaşırıq. Hansısa bir yalanı qulaqardına vurmaq olar, amma bəzən sevdiyimiz insanların bizi aldadıb-aldatmadığını bilmək istəyirik. Yalanın göstəricilərini təyin etmək üçün həmsöhbətə diqqətlə baxıb və qulaq asırıq. Qadın, ya da kişiləri xarici görkəmindən, mimika və jestlərindən tutmaq olur. “Gencaile.az” bunu müəyyənləşdirmək üçün 10 texnikanı nəzərədən keçirin.

1.Sizinlə danışan insanın alnına və əllərinə diqqət edin. Alnından tər süzülür, ovuc içləri tərləyirsə, sizə yalan söylədiyini düşünə bilərsiniz. Təbii ki, insanların tərləmə problemi olub-olmadığını nəzərə alın.

2. Qarşınızdakı insanın gülüşünə diqqət edin. Süni gülüşlər sadə olur. Yəni, gözlərində və üzünün digər əzələlərində gülüşə dair bir işarə tapa bilməzsiniz. Həmçinin yalandan gülən insanların dişləri görünmür. Həqiqi gülüşdə isə gözətrafı dəri dartılır və dişlər görünür. Həqiqi gülə bildiyini göstərə bilən insanların sayı çox azdır.

3. Yalanı tutmaq üçün gözlərə diqqət etmək lazımdır. Sağ əlini istifadə edən birinə sual verdiyiniz zaman göz bəbəkləri sağa tərəf baxırsa, bildiyi bir hadisəni xatırlamağa çalışır. Yəni, doğru söyləyir. Göz bəbəkləri sola tərəf baxırsa, ağlını işlədərək bir şey uydurmağa çalışır. Sol əlini istifadə edənlərdə isə bu proses tərsinə olur.

4. Sual verdiyiniz zaman onun reaksiyalarına diqqətlə fikir verin. Üzünü və bədənini əks tərəfə çevirirsə, ya məsafə saxlayırsa, müdafiəyə keçdiyini düşünə bilərsiniz. Bunu qətiyyən unutmayın: günahkarlar müdafiəyə, günahsızlar isə hücuma keçirlər. Yalanı gizlətmək üçün insan, adətən müdafiə mövqeyini tutur, hansı ki, (bu mövqe) aqressiv də ola bilər. O, həmsöhbətini lovğa halda ittiham edərək, hücum edə (üstünə gedə) bilər. Yalançı həmsöhbətinin gözlərinə baxmamağa və yan tərəfdən – onunla üzbəüz dayanmadan yerləşməyə (mövqe tutmağa) çalışır. Və ya qəsdən bir pozada da (masaya dirsəklənmək, gülərək kresloya sərilmək) dura bilər. Və ya özü və həmsöhbətinin arasında forma cəhətdə özünü kənara çəkmək üçün hər hansı bir əşyaları yerləşdirməyə çalışmağa cəhd edəcək.

5. Başlamazdan əvvəl səssizlik yaradın. Duruş və baxışlarınızı incələyin, əgər geri gedirsə, yalan danışma ehtimalı ola bilər.

6. Əl-qol və ayaq hərəkətlərinə diqqət edin. Yalançılar donub, hərəkətsiz dayana bilərlər. Ya da tamamilə əksinə, ayaqlarını istəmədən oynada bilər, saçlarını əlləri ilə oynada bilərlər.

7. Müzakirə etdiyiniz mövzunu qəfil dəyişdirin. Yalan danışan tərəf xilas olduğunu düşünərək yeni mövzu haqqında ətraflı danışmağa başlayacaq. O, tərəf isə mövzunun dəyişdiyindən rahat olduqda, mövzunu yenidən açın.

8. Zahiri əlamətlərdən aşkar etmək mümkündür. İnsan üz cəhətdən dəyişir, onun qızarması, rənginin qaçması, öskürməsi mümkündür. Həmçinin səsin tembri, səliqəsiz ton, danışığın sürəti dəyişə, yalan danışdığına işarə ola bilər.

9. Jestlər müəyyən hədəfi olmadan, sanki qeyri-təbii, daim vurnuxan və kiçik olur. İnsan geyimini düzəltməyə, burnunu, qulağını, yanağını qaşımağa, dayanmadan saçlarını düzəltməyə, hər hansı bir əşyaları əlində dartışdırmağa başlayır.

10. Yalançının üzündəki emosiyalar sizə deyə bilər ki, insan doğru olmayan bir şeyi danışmağa hazırdır. Sual verildikdən sonra ilk anda həmsöhbətin simasında həqiqi hislər əks olunur. Üz özünü itirmə (çaşqınlıq), karıxma, hürkmə və şübhəni əks etdirə bilər. Elə bu zaman insan düzgünlüyünü inandırmağa çalışmaqla danışmağa və ya məsumluğunu sübut etməyə başlayır, diqqətli olmaq gərəkdir. Danışıq sürəti və ya əl-qol hərəkətləri yavaşıya bilər, bu da o deməkdir ki, insan həqiqətə oxşayan bir cavab tapmaq üçün bir neçə saniyə fikrə getdi.

 

[haber=2062]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR