Slimfit
  1. MƏDƏNİYYƏT

“Ya Qarabağ, Ya Ölüm” şeirinin müəllifi vəfat etdi

“Ya Qarabağ, Ya Ölüm” şeirinin müəllifi vəfat etdi
Sakura

“Ya Qarabağ, Ya Ölüm” şeirinin müəllifi vəfat etdi

Türk dünyasının tanınmış sənətçilərindən olan Ozan Arif təxəllüsü ilə tanınan Arif Şirin 70 yaşında vəfat edib. 

“Haber 7” saytının məlumatına görə, sənətçi müalicə olunduğu Samsun Ondokuz Mayıs Universitetinin tibb fakültəsinin xəstəxanasında dünyasını dəyişib. 

Türkiyə aşıq şeirinin nümayəndələrindən biri olan Ozan Arif  Azərbaycanda “Ya Qarabağ, Ya Ölüm” şeirinə görə tanınıb. O, bu şeiri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və Dağlıq Qarabağ, eləcə də, ətraf rayonlarının işğalına həsr edib. Şeir 1992-ci ildə yazılıb.

Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bu misraları yazıb:

Madımak toplayıp yesem o anda, 
Yola revan olsam aynı zamanda,
Bir gece misafir Azerbaycan'da,
Kalmadan ölürsem, ona yanarım.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR