Slimfit
  1. MEDİA

“XX Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsində 2000-ə yaxın gənc iştirak etdi!

“XX Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsində 2000-ə yaxın gənc iştirak etdi!
Sakura

“XX Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsində 2000-ə yaxın gənc iştirak etdi!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyinə həsr olunan "Bakı Gənclər Debat Forumu: Payız, 2019" layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Bakı Gənclər Debat Forumu: Payız 2019”un final oyunu baş tutub.

BDU-nu rektoru Elçin Babayev debatçıların çıxışını yüksək qiymətləndirib, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışını xatırladaraq tələbələri daima savadlanmağa, inamlı və vətənpərvər olmağa çağırıb. Debat və bu tipli yarışların keçirilməsininin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev gənclərin ictimai həyatdakı rolundan danışıb, debatçıların apardığı müzakirələrin faydalı olacağını qeyd edib.

Tədbirdə çıxış edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Debat Forum və İctimai Birliyin 20 illik fəaliyyətindən danışıb. O, uğurla başa çatan mövsüm ərzində görülən işlər haqqında məlumat verib. Bildirib ki, gənclər debat vasitəsi ilə natiqlik sənətinə, inandırmaq və əsaslandırmaq bacarığına yiyələnir, özlərində tənqidi təfəkkürü inkişaf etdirir, cəmiyyətimiz üçün aktual mövzuları fərqli baxışlardan təhlil edir, bununla da Azərbaycanın gənclər siyasətində fəal iştirak edirlər.

Oktyabr-Dekabr aylarında baş tutan “XX Respublika Gənclər Debat Forumu: Payız, 2019” çərçivəsində “İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilər üstün tutulmalıdır” mövzusu ətrafında ümumilikdə 2000-ə yaxın gənci əhatə edən 52 debat təlimi və görüşlər, 44 daxili debat turniri və 4 regional debat forumu keçirilib. Debat forumları Sumqayıt, Gəncə, Şəki, Mingəçevir şəhərlərində təşkil olunub. Bundan əlavə, layihə çərçivəsində 41 komanda və 200-ə yaxın gəncin iştirakı ilə “Bakı Gənclər Debat Forumu: Payız 2019” reallaşıb.

“Bakı Gənclər Debat Forumu: Payız 2019“un Azərbaycan dili bölməsi üzrə finalında Azərbaycan Texniki Universitetinin “HipoTenuz” və Bakı Dövlət Universitetinin “Kapitan Qrantın Uşaqları” komandaları mübarizə aparıb. Nəticədə “Kapitan Qrantın Uşaqları” komandası forumun qalibi adına layiq görülüb. Forumun rus dili bölməsi üzrə isə qalib adını Azərbaycan Dövlət İqtisad Universitetinin “Polushko-pole” və Bakı Dövlət Universitetinin “Katyuşa BQU” komandaları yarışıb və qalib “Katyuşa BQU “ komandası olub.

Forumun azərbaycan bölməsi üzrə ən yaxşı natiqi BDU tələbəsi Ümid Mahmudov, rus bölməsi üzrə isə UNEC tələbəsi Əli Abdullayev, azərbaycan bölməsi üzrə ən yaxşı hakimi AzMİU tələbəsi Toğrul Kazımlı, rus bölməsi üzrə isə UNEC tələbəsi Nicat Səfərov olub.

Tədbirdə təşkilatın fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Mərasimdə qalib və finalçılar, eləcə də həm Azərbaycan, həm də rus dili bölmələri üzrə ən yaxşı natiqlər təltif ediliblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR