Slimfit
  1. CƏMİYYƏT

Xüsusi təyinatlılar Bakıya gəldi: Bişnoy tutulub öz ölkəsinə aparıldı

Xüsusi təyinatlılar Bakıya gəldi: Bişnoy tutulub öz ölkəsinə aparıldı
Sakura

Xüsusi təyinatlılar Bakıya gəldi: Bişnoy tutulub öz ölkəsinə aparıldı

Ötən gün Hindistan xüsusi təyinatlılarının daha bir qrupu təhlükəli cinayətkar Saçin Bişnoyu ekstradisiya etmək üçün Bakıya gəlib.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, Bişnoy Bakıya saxta pasportla 2022-ci ilin aprelində Musa Valın öldürülməsindən bir neçə gün əvvəl gəlib. Avqust ayında o, Hindistanda hüquq-mühafizə orqanlarının tələbi ilə həbs edilib.

Ekstradisiya ilə bağlı hüquqi prosedurlar ötən həftə başa çatıb və quldurun Hindistan hakimiyyətinə təhvil verilməsi üçün Dehlidən ilk xüsusi qrup Bakıya göndərilib.

Hindistan KİV-i iyulun 30-da axşam saatlarında xüsusi təyinatlı polis agentlərinin ikinci qrupunun Azərbaycana gəldiyi barədə məlumat yayıb. Bu qrup komissar köməkçisi və iki əks-kəşfiyyat əməkdaşı da daxil olmaqla, dörd Hindistan polisindən ibarət olub. Ekstradisiya əməliyyatı birbaşa Dehli polisinin nəzarəti altında olub.

Bişnoy İndira Qandi Beynəlxalq Hava Limanına çatdıqdan sonra səlahiyyətlilərə təhvil verilib.

Saçin Bişnoyun ən bədnam cinayəti Pəncab əyalətindən olan siyasi fəal və repçi Musa Valanın öldürülməsidir. Musiqiçi 2022-ci il mayın 29-da, yəni hakimiyyətin onun müdafiəsi ilə bağlı tədbirləri məhdudlaşdırmasından bir gün sonra güllələnib. 29 yaşlı reper Pəncab əyalətindəki evindən qayıdarkən onun “cip”i 10-12 nəfərlik silahlı qrup tərəfindən pusquya salınıb. Quldurlar fəalın avtomobilinə atəş açıblar. Musa Val və iki dostu çoxsaylı güllə yaraları alıblar. Reper yerindəcə dünyasını dəyişib.

Bir gün sonra isə Kanadada yaşadığı bildirilən hind mafiya başçısı Qoldi Brar qətlə görə məsuliyyəti öz üzərinə götürüb. Hindistanın xüsusi xidmət orqanları qətlin digər mafiya lideri, hazırda həbsdə olan Lourens Bişnoy tərəfindən sifariş edildiyini bildirir.

Saçin Bişnoy Lourens Bişnoyun qohumudur. Musa Valı öldürməli olan qatilləri silahla təmin etdikdən və onlara göstəriş verdikdən sonra Tilak Rac Tuteji adına verilmiş pasportla Dehlidən Dubaya uçub. Oradan 2022-ci il mayın 31-də Bakıya gəlib. Daha sonra Bişnoy feysbuk səhifəsində cinayətə görə məsuliyyəti üzərinə götürərək müğənninin qisas məqsədilə öldürüldüyünü bildirib.

Qeyd edək ki, Qoldi Brar və Lourens Bişnoyun dəstəsinin liderlərindən olan Rohit Qodara hələ də azadlıqdadır. Keçən il o da Azərbaycana gəlib və buradan Hindistanda sui-qəsdlər sifariş edib. Quldur daha sonra Dubaya qaçıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR