Slimfit
  1. AZƏRBAYCAN

“Xüsusi qayğıya ehtiyacı olanlara baxıcılıq edənlərin hərəkətinə icazə veriləcək” - Açıqlama

“Xüsusi qayğıya ehtiyacı olanlara baxıcılıq edənlərin hərəkətinə icazə veriləcək” - Açıqlama
Sakura

“Xüsusi qayğıya ehtiyacı olanlara baxıcılıq edənlərin hərəkətinə icazə veriləcək” - Açıqlama

“Bəzi insanlar var ki, onlar tənha yaşayan şəxslərin evinə gedir və xidmət göstərirlər. Həmin şəxslərin onların evinə getməsi ilə bağlı qadağa yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin xüsusi karantin rejimini tənzimləyən üç mühüm qərar var:

“Orada qeyd edilib ki, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olanlar üçün baxıcılıq xidmətinə icazə verilir. Bunun üçün sosial xidmətçi kimi qeydiyyata düşməyə ehtiyac yoxdur.

Nazirlər Kabinetinin 30 mart 2020-ci il, 120 nömrəli qərarı bu şəxslərə sərbəst hərəkət azadlığı verir. Bu xidmətçilər himayələrində olan evlərə gedib, onlara xidmət edə bilərlər”. 

“Sadəcə, həmin şəxslərin icaze.e-gov.az portalına daxil olmaları və qeydiyyatdan keçmələri kifayətdir”, - deyə İ.Məmmədov qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR