Slimfit
  1. CƏMİYYƏT

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 sayda əlavə ekspres xətt təşkil edilir

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 sayda əlavə ekspres xətt təşkil edilir
Sakura

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 sayda əlavə ekspres xətt təşkil edilir

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 sayda əlavə ekspres xətt təşkil edilir. Bu ekspres xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-dək olmaqla müəyyən edilib. Ekspres xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq. 

Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:

1. M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.

2. M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st

3. M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st

4. M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st

5. M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.

Yeni ekspres xətlərin təşkilinin müsbət tərəfləri:

 Pandemiya dövründə sərnişin sıxlığının yaranmasının qarşısını almaq;

 Şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəz əraziləri ilə birbaşa əlaqələndirilməsi;

 Yay mövsümü ərzində sərnişinlərin bəzi çimərlik, istirahət mərkəzlərinə rahat gediş-gəlişinin təmin olunması;

 Avtobuslararası hərəkət intervalının minimuma endirilməsi, sürətli daşımanın təşkili;

 Sərnişinlərin böyüktutumlu, yeni və rahat avtobuslarla daşınması;

 Daşımaların nağdsız ödəniş sistemi ilə həyata keçirilməsinin təmin edilməsi;

 Sərnişinlərin iki və ya daha artıq deyil, bir dəfə ödəniş etməklə təyinat məntəqəsinə çatdırılması;

 Əhalinin mobillilik imkanlarının artırılması;

 Avtomobilləşmənin qismən də olsa azalması, CNG mühərriklə işləyən müasir avtobusların ekoloji baxımdan ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi.

Yeni ekspres xətlər üzrə avtobusların fəaliyyəti qarşıdakı günlərdə mərhələli qaydada təmin olunacaq.

Həmçinin bildiririk ki, yollarda hərəkət intensivliyi artdığından bəzi küçələrdə dayanma-durma və parklanma qaydalarının pozulması hallarına daha çox rast gəlinməkdədir. Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir edir ki, bu da sərnişin sıxlığının yaranmasına zəmin yaradır. Bunu nəzərə alaraq, dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir.

Sərnişin sıxlığının qarşısının alınması baxımından vacib olan digər məqam xüsusi avtobus zolaqlarının olmasıdır. Paytaxt yollarında xüsusi hərəkət zolaqlarının təşkili istiqamətində tədbirlərimiz davam edir. Eyni zamanda sürücülərdən bu zolağın tələbinə mütləq qaydada əməl etmələrini tövsiyə edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR