Dərc edildi: Baxış sayı: 3341
Xurşidbanu Natəvan - Qərənfil
Seni kimdir seven bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən əra aşuftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu teləti-ziba, qərənfil!
Üzünden pərdeyi-nazın kenar et!
Unutma aşiqi, haşa qerənfil!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət