Dərc edildi: Baxış sayı: 641
Xurşidbanu Natəvan - Hicran ilə kim, daməni-qəm dəstrəsimdir
Hicran ilə kim, daməni-qəm dəstrəsimdir,
Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
Gül ayrısı bir bülbuli-bimarü qəminəm,
Əfğan ilə bu guşeyi-mehnət qəfəsimdir.
Cismimdəki biman könül haləsi, guya,
Bir qəmzədə məhmildən asılmış cərəsimdir.
Görmək üzünü qayəti-hər fikrü xəyalım,
Öpmək ayağın maeyi-şövqü həvəsimdir.
Xurşidə yetər başım əgər, çakərin olsam,
Bu rütbə ilə aləm əra fəxr bəsimdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət