Slimfit
  1. AZƏRBAYCAN

Xurma bu il də bahalaşdı - İşbazlar iş başında

Xurma bu il də bahalaşdı - İşbazlar iş başında
Sakura

Xurma bu il də bahalaşdı - İşbazlar iş başında

Müqəddəs Ramazan ayı başlayar-başlamaz mağazalarda xurmanın qiymətində bahalaşma müşahidə edilir. Əslində, bu, Azərbaycanda yazılmamış qanunlardandır. Yeni il qabağı bütün ərzaqlar, Novruz ərəfəsi xüsusən çərəzlər, Ramazan ayında xurma, Qurban bayramında isə mal-qaranın qiymətində artım qeydə alınır. 

Bəs bu artımların iqtisadi əsası varmı? Xurmanın bahalaşma səbəbi nədir?

Oxu.Az məsələ ilə əlaqədar iqtiadçı, ekspert Vüqar Bayramovla əlaqə saxlayıb. 

Ekspert xurmanın qiymətinin süni şəkildə bahalaşdığını, işbazların vəziyyətdən istifadə etdiyini deyib:

“Apardığımız monitorinqlər onu göstərir ki, hər hansı bayram ərəfəsində və ya müqəddəs ay başlayan zaman həmin ayda ən çox istifadə edilən məhsulların qiymətində artımlar müşahidə edilir. Güman edilir ki, xurmanın qiymətində artımların müşahidə edilməsi Ramazan ayı ilə əlaqədardır. 

Çox təəssüf ki, iş adamları hətta müqəddəs aylarda belə daha çox gəlir əldə etməyə çalışırlar. Halbuki inkişaf etmiş ölkələrin əksəriyyətində, xüsusən ABŞ-da xüsusi bayramlarda daha çox istifadə edilən məhsulların qiymətləri aşağı salınır. Burada əsas məqsəd məhsulların bütün ailələr tərəfindən alına bilinməsidir. 

Təəssüf ki, Azərbaycanda sahibkarlar faktiki olaraq, bayramlar ərəfəsində daha çox istifadə edilən məhsulların qiymətini artırırlar. Novruz bayramında da bunu müşahidə etdik. İndi Ramazan ayının gəlişi ilə əlaqədar xurmanın qiyməti artırılıb. Təəssüf ki, süni şəkildə sahibkarlar gəlir əldə etmək məqsədilə qiymətləri artırırlar”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR