Slimfit
  1. TƏBİƏT

XROMİS KRASAVETS

XROMİS KRASAVETS
Sakura

XROMİS KRASAVETS

Xromis Krasavets(lat. Hemichromis bimaculatus) - bu tsixlid öz gözəlliyi və aqressiv xarakterinə görə tanınıb. Əgər danio, quppi ilə xromisi saxlasaz əlbəttə ki, o aqressiv olacaq. Amma, əgər münasib ölçülü və onun xarakterinə uyğun balıqla saxlasaz, onda o heç kimi narahat etmiyəcək. Yeganə istisna var, bu kürü tökmə zamanıdır, balığı pis saymaq olmaz, hansı ki, kürüsünü müdafiə edir. Xromis Cənubi Qvineyadan mərkəzi Liberiyaya kimi, Qərbi Afrikada yaşayır. Əsasən çaylarda görünürlər, orta və dib təbəqəsində dururlar. Körpələrlə, xırda balıqla, həşəratla və onurğasızlarla qidalanırlar. Xemi - xromis krasavets yazınısınada rast gəlinir ki, bu da düzgündür. Artıq adından məlumdur ki, bu çox gözəl balıqdır. Bədəninin rəngi qırmızı, həyəcanlı vaxtı və kürü tökmə vaxtı parlaq çəhrayı, bədəninə səpələnmiş yaşımtıl nöqtəli rənglərə düşür. Bədənin ortasında qara ləkə var. Xromisin uzunluğu 13-15 sm çatır ki, bu da tsixlid üçün azdır və ömrü təxminən 5 ildir. Ümumilikdə Xromisi saxlamaq çətin deyil. Problem ondadır ki, çox vaxt bunun parlaq rənginə görə akvariumistikaya yeni başlayanlar alırlar və ümumi akvariumda xırda balıqlarla saxlayırlar. Onuda xromis metodiki olaraq məhv edir. Afrika tsixlid həvəskarlarının ya da ki, bu balığın nə təqdim etdiyini dəqiq bilənlər üçün saxlaması məsləhət görülür. Məmuniyyətlə bütün növ yemləri yeyir, amma maksimum rəngə çatmaq üçün canlı yemlə yemləmək yaxşı olardı. Qurd, artemiya, krevet və midiya əti, balıq filesi, diri balıq - bax bunlar xromisin yemlənməsinin tam olmayan siyahısıdır. Əlavə olaraq bitki yemi vermək olar, salat yarpağı tipdə yaxud spriulin tərkibli yemlər. Geniş akvarium lazımdır, minimum 200 litr, çünki balıq ərazipərəst və aqressivdirlər. Akvariumda çoxlu sığınacaq yaratmaq lazımdır, dibçəklər, mağaralar, içiboş borular, ağaclar və digər yerlər hansı ki, onlar gizlənməyi sevirlər. Torpaq kimi qumdan istifadə olunsa daha yaxşı olar, çünki orada eşələnməyi çöküntü qaldırmağı sevir. Bütün afrika çixlidləri kimi onun üçün də təmiz su vacibdir. Onun rasionunu nəzərə alsaq yəni torpağı eşələmək adətini, onda xarici filtrdən istifadə etmək daha yaxşıdır. Həm də müntəzəm təzə su ilə su dəyişmə dibinin çəkilməsi mütləqdir. Xromislər bitki ilə dostluq etmir, qazıb çıxarırlar və yarpaqlarını yolurlar. Anubias tipli və dibçəklərdə sərt növlərin əkilmsinə üstünlük verilsin. Yumşaq suya üstünlük verirlər, 12°dGH yuxarı olmayan, amma sərt suyada yaxşı adaptasiya olurlar. Saxlanılması üçün suyun temperaturu 25-28°C, pH: 6.0-7.8. Kimlərə Xromis öyrəşir? Özünü qorumağı bilən iri balıqlarla saxlamaq lazımdır. Bir qayda olaraq bu başqa çixlidlərdi: qaraxətlilər, arılar, firuzəyi akaralar, mavi xallı akaralar. İstənilən çixlid bitkilərlə yola getmirlər, ona görə də bitki akvariumunda xromisin işi yoxdu. Eyni ilə skalyarlarlada onu saxlamaq olmaz. Sonuncular mütəmadi olaraq döyüləcək, onların qəşəng üzgəclərindən heç nə qalmayacaq. Xromislərdə erkəklə dişini ayırmaq çox çətindir. Hesab olunur ki, dişi ölçülərinə görə kiçikdir və şişman qarınlıdır. Cinsinin dəqiq və sadə müəyyən edilməsi üçün metod yoxdur. Xromislər monoqamdırlar, elə ki, özünə artmaq üçün partnyor seçirlər, onda yalnız onunla kürü tökürlər. Problem ondadır ki, kürü tökmə üçün dişi tapılsın (onu erkəkdən fərqləndirmək çətindir) özüdə elə birisi ki, erkəyə uyğun gəlsin, yoxsa onlar bir-birini öldürə bilərlər. Onlar bir-biri ilə çox aqressiv, əgər cütlük onlara uyğun gəlmədisə. İlk vaxtlar, nə vaxt ki, onları bir yerə qoyursuz, özlərini necə aparmalarına nəzarət etmək çox vacibdir. Əgər diqqət etməsəz, onda balıqların birini qoparılmış üzgəclə, yaralı, ya da ölmüş tapacaqsız. Əgər cütlük uyğun gəlsə, onda erkək kürü tökməyə hazırlaşır və onun rəngi çox intensivləşir. Belə olan halda dişiyə nəzarət etmək lazımdır, əgər o kürü tökməyə hazır deyilsə, onda erkək onu döyə bilər. Dişi 500-dək kürünü əvvəlcədən təmizlənmiş, səthi hamar üzərinə qoyur. Bəzən bu küpəni daxili də ola bilər, amma çox vaxt yastı və hamar daş üzərinə qoyur. Sürfə iki sutkadan sonra dimdikləyib çıxır və valideynlər də ona çoxlu qulluq edirlər. Dişi onları toplayır və başqa yerdə gizlədir, o vaxta qədər ki, onlar öz yumurta sarısı kisəsinin içindəkiləri istifadə etməyəcəklər və üzməyə başlamayacaqlar. Bu, təxminən üç gün sonra - sürfənin əmələ gəlməsindən sonra baş verəcək. Erkək balaları qoruyacaq və akvariumda perimetri quracaq, heç bir balığa keçmək olmaz. Yeri gəlmişkən, dişi ondan da geri qalmayacaqdır. Körpə xromisləri artemiya ilə yemləyirlər, amma çox qeyri-bərabər böyüyürlər və bir-birlərini yeyirlər. Onları mütləq çeşidləmək lazımdır. Valideynlər onlara təxminən santimetr olanacan nəzarət edəcək, sonra isə onları buraxacaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR