Slimfit
  1. İQTİSADİYYAT

Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə deyilənlərə aydınlıq gətirib

Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə deyilənlərə aydınlıq gətirib
Sakura

Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə deyilənlərə aydınlıq gətirib

“Bəzi kütləvi informasiya vasitələrində yanlışlığa yol verib yazırlar ki, guya mən "Heydər Əliyev" ordeni ilə təltif edilmişəm. Bu, düzgün deyil”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. 

O, bu barədə mətbuatda və sosial şəbəkələrdə “Heydər Əliyev” ordeni ilə təltif olunanlar arasında olmasına münasibət bildirərkən danışıb. 

Akademik bildirib ki, Prezident İlham Əliyevin 10 may 2019-cu il tarixli sərəncamı ilə o, Heydər Əliyev Mükafatına layiq görülüb: “Bu mükafatdan əvvəl isə mən keçmiş SSRİ-nin və bir sıra xarici ölkələrin bir sıra ordenləri, müstəqil Azərbaycanın “İstiqlal”, “Şərəf”, “Şöhrət”, 1-ci dərəcəli “Əmək” ordenləri, ölkə Prezidentinin Fəxri diplomu ilə təltif edilmişəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR