Slimfit
  1. İQTİSADİYYAT

Xorvatiya Azərbaycan layihəsinin köməyi ilə hidrogen təchizatı mərkəzi olmağa ümid edir – Nazirlik

Xorvatiya Azərbaycan layihəsinin köməyi ilə hidrogen təchizatı mərkəzi olmağa ümid edir – Nazirlik
Sakura

Xorvatiya Azərbaycan layihəsinin köməyi ilə hidrogen təchizatı mərkəzi olmağa ümid edir – Nazirlik

Xorvatiya Azərbaycandan qaz tədarükünü təmin edən İon-Adriatik Boru Kəməri (IAP) vasitəsilə hidrogen təchizatı mərkəzi olmağa ümid edir.

Bu barədə Trend-ə Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.

"AB REPowerEU planı 2030-cu ilə qədər ən azı 20 milyon ton aşağı karbonlu hidrogenin mövcudluğunu nəzərdə tutur. Bu həcmin ən azı yarısı idxal hesabına təmin ediləcək. IAP potensial marşrutlardan biri olduğundan Xorvatiya ondan istifadə etmək niyyətindədir", - deyə departament bildirib.

İAP-ın tikintisi layihəsinin gedişi ilə bağlı nazirlikdən bildirilib ki, layihə üzrə işlər davam etdirilir və bütün vacib məlumatlar vaxtında ictimaiyyətə açıqlanacaq.

"Xorvatiya 2022-ci ildə ölkədə inkişaf edəcək hidrogen iqtisadiyyatının tam təsviri ilə 2050-ci ilə qədər hidrogen strategiyasını qəbul edib. Xorvatiya aşağı karbonlu hidrogenin istehsalını, daşınmasını və saxlanmasını, istifadəsi və yerləşdirilməsini, eləcə də bu sahədə tədqiqatları artırmaq niyyətindədir”, - İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bildirib.

Qeyd edək ki, İon-Adriatik boru kəməri qazın Cənub-Şərqi Avropanın bir çox ölkələrinə nəqli üçün Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşula bilər.

Kəmərin ötürmə qabiliyyəti ildə beş milyard kubmetr qaz təşkil edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR