“Xor görərək getdiyim Bakıdan utanaraq qayıdıram” - Ahmet Hakan
Türkiyənin "Hürriyet" qəzeti yazarı və "CNN - Türk" telekanalının aparıcısı, məşhur jurnalisti Ahmet Hakan yeni köşəsində Bakı barədə təəssüratlarını paylaşıb.
Yeniavaz.com xəbər verir ki, A.Hakan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı müşayiət edib. Jurnalist yazır:
"Xor görərək getmişdim, çox pis utanaraq geri döndüm.
"Qafqazın Parisi" deyərdim amma Parisə tərif olar.
Bizim Nişantaşını 40-a vurun... Bakıda bax elə bir Nişantaşı var. (Nizami küçəsini nəzərdə tutur - red.)
Bakıya "Küləklər şəhəri" deyilirmiş... Vallah haqqıdır.
Hər şey necə də yeni və keçmişə hörmətli idi..!
Bakıda çayı mürəbbə ilə içirlər. O qədər uyğunlaşdım ki, artıq mən də çayı mürəbbə ilə içirəm.
Samovar var ha samovar... Bax onun vətəni Bakı imiş...
Bir-birindən gözəl və təsiredici binalar üçün “Hamısı makyaj, hamısı "geydirmə" dedilər. Belə makyaja can qurban!"
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət