Slimfit
  1. AZƏRBAYCAN

Xocalı soyqırımını törədənləri niyə beynəlxalq axtarışa verə bilmirik...

Xocalı soyqırımını törədənləri niyə beynəlxalq axtarışa verə bilmirik...
Sakura

Xocalı soyqırımını törədənləri niyə beynəlxalq axtarışa verə bilmirik...

Dünən əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqrımının 27-ci ildönümü  qeyd olundu.

Xocalı soyqırımı təkcə faciə deyil, həm də bəşəriyyətin, insani dəyərlərin ağır formada zorlanmasıdır.

Rusiyalı hərbi ekspert İqor Korotçenko 27 il əvvəl dinc əhaliyə divan tutulmasını şərh edərkən deyib ki, əllərini günahsız insanların qanına bulayan qatillər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

“Həmin qatillər həyatda ikən cinayət məsuliyyətinə cəlb olunmalı, beynəlxalq axtarışa verilməlidir. Mülki əhalini, uşaq və qocaları öldürənlər beynəlxalq canidir”.

Kremlın göbəyində oturub 27 ildir ki, proseslərə seyrçi qalanlar sadəcə sözdə bunları deyir.

Mülki əhalinin öldürülməsinin  insanlığa qarşı cinayət olduğunu bilə-bilə susanlar bəs nə düşünür?

Xocalı faciəsinin törədilməsində birbaşa əli olan Robert Koçaryan, Seyran Ohanyan, Bako Saakyan, Serj Sarkisyan, Arkadi Qukasyan, Arkadi Ter-Tadevosyan, Samvel Babayan və digər qatillər bu günə kimi niyə beynəlxalq axtarışa verilməyib?

Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb.

Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri, deputat  Zahid Oruc saytımıza açıqlamasında deyib ki, məsələnin beynəlxalq hüquqi əsasları hər kəsə bəllidir. 

“İstəklər mövcud deyil”

“Xüsusilə keçmiş Yuqoslaviya ətrafında söylədiyiniz tribunallar təşkil edilmişdi. Əvvəlcə Serbiyanın eks-prezidenti Slobadan Miloşoviç, sonra Bosniya serblərinin rəhbəri Radovan Karacic ətrafında  belə məhkəmələr qurulmuşdu. Məhkəmədə  cəza istənilməsi ərəfəsində Miloşoviç dünyadan köçmüşdü. Belə olan təqdirdə sual  olunmuşdu ki, hansı ölkələrin milli hakimiyyətləri bu cür soyqırımları ilə bağlı  müvafiq addım ata bilmədiyi təqdirdə, beynəlxalq təsir vasitələri nədən ibarət ola bilər? Hansı mexanizmlərlə insanlıq əleyhinə cinayətlər törədən, bəşəri qansızlıqlarda bulunan şəxsləri cəzalandırmaq mümkündür?


O dövrlərdə daha  kəskin şəkildə bu tələbləri BMT-dən, Avropa Məhkəməsindən və digər qurumlardan  istəməkdəydik.  İllər uzunu  şahidi olduq ki, hər dəfə müxtəlif siyasi izahlarla bundan yayınmağa çalışırlar. Belə olan təqdirdə  görünən mənzərə başqa idi.  Öz maraqlarıi olanda Luqansk və digər ərazilərdəki separatçıları tanımadıqlarını deyir, onlara qarşı ən sərt cəza istəyirlər.  Qarabağdakı məlum rejimə gələndə vandalizmi törədənləri məsuliyyətə cəlb etmək üçün  istəklər mövcud deyil. Bu, əslində Qarabağ probleminin tərkib hissəsidir”. 

“Bu, baş verən deyil”

“Hər kəs belə hesab edir ki, Robert Koçaryan Hollandiyada məhkəmə qarşısında dayansa, bu, avtomatik xarici dairələrin, beynəlxalq siyasi institutların, həm də hüquqi  təşkilatların, büsbütün Azərbaycanın mövqeyini bölüşməsi demək olar. Nəticə etibarilə bu, Qarabağ məsələsinin həllində  Azərbaycanın  xeyrinə  rol oynayar, Azərbaycan insanını daha da gücləndirər, digər tərəfi əzər. Onların içindən gələcəkdə belə təcavüzkarlıqda bulanmaq məramında olanların qarşısını alar, onları qorxudar və sairə. Baxın, bütün bu hesablamaları etməkdədirlər. Bizim kənarımızda dediyiniz yaranan vəziyyətin səbəbləri bundan ibarətdir.


O üzdən Koçaryanı əgər bizim dediyimiz instansiyalarda dindirmək mümkün olmayıbsa, bu gün sanki həmin cəza tədbirlərini Ermənistanın yeni hökuməti həyata keçirməkdədir. Doğrudur, onlar bunu Azərbaycana görə etmirlər. Düşünümürük ki, Paşinyan 1990-cı illərdə  gəlib hərbi əməliyyatlarda iştirak etmədiyinə görə, Xocalı qətliamının törədilməsində məsuliyyət daşımadığı üçün  birdən-birə irəli çıxıb erməni xalqının qarşısında deyəcək ki, “gəlin, azərbaycanlılarla barış üçün müəyyən etaplarda bulunaq, xalqları sülhə və əmin-amanlığa hazırlayaq.  Ondan ötrü  keçmişin cinayətlərindən imtina edək, yaxud da onlara görə üzrxahlıq edək”. Bu, baş verən deyil. Avtomatik olaraq düşmənləri güclənər, hakimiyyətinə son qoyulardı”.  


“Koçaryan dünyasını dəyişsə də, ona güllə atılsa da...”

Zahid Orucun fikrincə, nə olur-olsun nəticə bizim üçün dəyişilməzdir:
“Ən önəmli məsələ hazırda ondan ibarətdir ki,  bütün hallarda bu məsələləri dövlətimizin xarici məkanda həyata keçirdiyi tədbirlər fonunda gündəmdə saxlamalıyıq. Koçaryan  dünyasını dəyişsə də, hazırkı şəraitdə  ona güllə də atılsa da, həbsxanada ürəyi də partlasa nəticə bizim üçün dəyişilməzdir. Biz daha açıq dərəcədə ona yönəlik fəaliyyət aparmalıyıq ki, bu tələblər edilsin və onun nəticəsində erməni tərəfi hər zaman öz üzərində Azərbaycandan olan basqını hiss etsin”. 
“Rusiyanın istəkləri olsa...”

Deputat cinayətkarların hələ də beynəlxalq axtarışa  verilməməsinin səbəblərini açıqlayıb:

“Haaqa tribunallarının, soyqırımı üzrə təşkil olunan beynəlxalq cinayət məhkəmələrinin özünü siyasi qurumlar olan ATƏT, Avropa Şurası kimi aparması bizi öz mübarizəmizdən geri çəkilməyə məcbur etməməlidir. Əlbəttə, bu məsələdə kimsə “daha sərt, daha cəsarətli addımlar atmırsınız” deyib dövləti  günahlandıracaq. Bu da başadüşülən mövqedir. Qeyd etdiyimiz müxalif fikirlilər, bütün dünya azərbaycanlıları sistemli tədbirlər həyata keçirdiyi halda yalnız ABŞ-ın, Fransanın,  Almaniyanın, müəyyən qədər Rusiyanın istəkləri olsa, cəza kəsilə bilər. Halbuki, gördüyünüz kimi Koçaryan həbsxanada olduğu şəraitdə də Rusiya rəhbərliyinin təbriklərini qəbul edir. Onun müsbət mesajlarını alır. Belə olan təqdirdə düşünürsünüzmü ki, onu Kremlin ətrafında hansısa məhkəmədə cəzalandırmaq olar?! Yaxud da Avropa meydanında, Strasburqun çevrəsində... Əksini təsəvvür edirəm. Bunu biz etsəydik, hər vasitə ilə bizi cəzalandırmağa çalışardılar. Təəssüf olsun ki, bu, Azərbaycan dövlətinin gücünüm çatdığı məsələ deyil. Bu, beynəlxalq məkandakı real münasibətlərin durumudur”.


Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov
 isə Xocalı faciəsinin törədilməsində adı keçən qatillərin beynəlxalq axtarışa verilməsinin tərəfdarı olduğunu deyib:

“Birmənalı olaraq onların hər birinin beynəlxalq axtarışa verilməsinin tərəfdarıyam. Bu barədə öz yazılarımda da fikirlərimi söyləmişəm. Hesab edirəm ki, bu gün onların əməllərinə qanuni qiymət verilməsi Azərbaycan dövlətinin mövqeyinin məntiqi davamı olmalıdır. Sanki yarımçıqlıq var. İşğal olunmuş ərazilər var, işğalçının adı belə yoxdur. Məsələyə hüquqi qiymət verilməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR