Slimfit
  1. AZƏRBAYCAN

Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib

Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib
Sakura

Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib

Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 25-də keçirilmiş mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Mətbuat xidmətinin rəhbəri deyib ki, beynəlxalq ictimaiyyət BMT qətnamələri və digər sənədlər vasitəsilə həmin hadisələri pisləyib. Ermənistanın əvvəlki rejiminin bəzi nümayəndələri, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri Azərbaycan torpaqlarının işğalı prosesində, eləcə də Xocalı soyqırımının törədilməsində birbaşa iştirak ediblər.

Mətbuat konfransında Hərbi Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin rəisi Emil Tağıyev qeyd edib ki, hazırda Dağlıq Qarabağda törədilmiş cinayətlərin iştirakçısı olan 305 nəfərin məsuliyyətə cəlb olunması ilə bağlı iş aparılır. Onlardan 39 nəfəri Xocalı soyqırımının törədilməsində iştirak edib. O deyib ki, sənədlər İnterpola göndərilib, amma bu günədək həmin şəxslərdən heç biri Azərbaycana ekstradisiya olunmayıb.

Şöbə rəisi əlavə edib ki, Xocalı soyqırımının istintaqı beş istiqamət üzrə - soyqırımı, işgəncə, terror, maddi zərər və ağır cinayətlər maddələri ilə aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR