Dərc edildi: Baxış sayı: 460
Xocalı cəlladını Ermənistanda dindirdilər
Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq “rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilib.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, onun vəkili Rafael Martirosyan məlumatı təsdiqləyib.
Vəkilin sözlərinə görə, Balasanyan oktyabrın 13-ü dindirilib.
“Balasanyan təfərrüatı barədə danışa bilmədiyim cinayət işi ilə bağlı sorğuya çağırılıb. Amma onu deyə bilərəm ki, şahid qismində dindirilib. Qeyd edim ki, onun verdiyi ifadənin bu işin istintaqının gedişinə və təqsirləndirilən şəxsə heç bir aidiyyəti olmayacaq”, - R. Martirosyan qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət