Slimfit
  1. ƏDƏBİYYAT

XIV əsr Azərbaycan şairi Mustafa Zərir

XIV əsr Azərbaycan şairi Mustafa Zərir
Sakura

Azərbaycan şairi Mustafa Zərir

XIV əsr Azərbaycan şairi Mustafa Zərir

XIV əsrdə yaşamış Azərbaycan şairi Mustafa Zəririn 3 əsəri məlumdur. Üçüdə dini mövzudadır. İlk əsəri Quranda Yusif və Züleyxa mövzusunda yazılmış  "Yusif və Züleyxa” məsnəvisidir. "Yusif və Züleyxa” məsnəvisini 1367 ci ildə yazmışdır. "Sirətün-Nəbi və ya Siyər" kitabı çox məşhurdur. Bu, türkdilli xalqların ədəbiyyatında Məhəmməd peyğəmbərin həyatından bəhs edən ilk dini dastandır.

N.Banarlı yazır: «Bir əsərinde («Sirətün-Nəbi».) kəndisini Mustafa bin Yusif bin Ömərüd-Dərirəl-Ərzənər Rumi, diyə tanıtan Ərzurumlu Qazi Zərir, əsrın Azəri Türkçəsi Ədəbiyatında mühüm yeri olan şairdir”

Zərir «Sirətün-Nəbi» əsərini bitirdikdən sonra 1388-ci ildə İskəndəriyyə şəhərinə gedir. Oradan da ailəsi ilə birlikdə Karamana köçür. Dörd il orada yaşadıqdan sonra 1392-1393-cü illər Şam şəhərinə dönür. Bir müddət burada yaşadıqdan sonra Hələb şəhərinə köçür. Burada Məlik Çolpanın əmrilə «Fütuhuş-Şam» əsərini yazır. «Fütuhuş-Şam» h. 795/ m 1392-1393-cü ildə tamamlanıb Çolpan təqdim edilmişdir. Əsər 3 hissədən ibarət olub VII əsrdə yaşamış ərəb tarixçisi Vaqidinin «Fütuhuş-Şam» əsərinin tərcüməsidir. Bu əsər Azərbaycan ədəbiyyatında nəsrlə yazılmış ilk tərcümə əsəridir.

XIV əsr Azərbaycan şairi Mustafa Zərir (Mustafa Yusif oğlu Zərir) əsərindən:

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

Ol rəsuli-əvvəlinü axirin,.
Ol Məhəmməd Mustafa, salari-din.
Həqdən ana gəldi dövlət izzü cah,.
Həm yarənləridir anın pişü rah.
Oldurur ol padişahi-müttəqin
Ol Əbu Bəkri-səfa, sultani-din.
Ol ikinci yari Ömərdir benam
Qıldı anı ol sahibi-kiram.
Birisi Osman, səfadır bahəya
Ol birisi Şahi-Əli Mürtəza.
Baqi övladiylə əshabi-kiram,.
Anları qıldı şərəf rəbbül-ənam.
Sən dəxi dilər isən, ey sofa
Kim, şəfaət qıla yarın Mustafa.
Anlara sidqini qılsən bir məzid
Xof yerinden olisərsən sən bəid.
Bilirəm şükri xudavəndə cəhan
Söyləyəlim bir əcaib dasitan...

"Mustafa Zərir. Yusif və Züleyxa” (Bakı, Elm, 1991)
Mustafa Zərir. Yusif və Züleyxa. Bakı, “Şərq-Qərb”, 2006
Türk Edebiyyatı Tarihi. İstanbul: 1987, s. 367

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR