Slimfit
  1. AZƏRBAYCAN

Xırdalandakı 9 saylı məktəbdə analoqsuz tapşırıq

Xırdalandakı 9 saylı məktəbdə analoqsuz tapşırıq
Sakura

Şagirdlər dərsə iki cüt ayaqqabı ilə gəlsin

9 nömrəli tam orta məktəbin direktoru Həcər İbrahimova şagirdlərə yağış yağıdığı zaman, məktəbə özləri ilə əlavə ayaqqabı gətirmələrini tapşırıb.

Faktor.az xəbər verir ki, bu barədə saytımıza valideyinlər şikayət edib. "Dünəndən Xırdalan şəhər 9 saylı tam orta məktəbin direktoru Həcər İbrahimova əmr verib ki, uşaqlar dərsə iki ayaqqabı ilə gəlsin Deyir, yağış yağanda Xırdalan "lıqqa" olur deyə, ayaqqabının birin məktəbə qədər geyinin, o biri təmizi məktəbin qarşısında geyinib içəri girin".

Məsələ ilə bağlı Xırdalan şəhər 9 saylı tam orta məktəblə əlaqə saxladıq. Adını verməyən və özünü direktorun katibəsi kimi təqdim edən xanım bildirdi ki, uşaqları məcbur etmirik, lakin bu uşaqların sağlamlığı üçün atılan addımdır: "Biz heç kimi məcbur etmirik, lakin uşaqlar toz-torpağın içində oturmaqdansa, təmiz sinifdı otursalar daha yaxşı olar". Bundan sonra xanım öz dediklərini təkzib edib, iddianın yanlış olduğunu qeyd etdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR