Slimfit
  1. AZƏRBAYCAN

Xırdalan yolunda hərəkət məhdudlaşdırılacaq

Xırdalan yolunda hərəkət məhdudlaşdırılacaq
Sakura

Xırdalan yolunda hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağından Mərdəkan yol qovşağına kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, işlər axşam saatlarınadək davam edəcək. 

Qeyd olunub ki, gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal kompleksi qarşısından Xırdalan dairəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq. 

Bu üzdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR